SON XƏBƏRLƏR

Təbrizdə növbəti görüş: “Traxtur”-“Sənət-i Neft”

2021.10.20, 07:36
Təbrizdə növbəti görüş: “Traxtur”-“Sənət-i Neft”

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası Abadanın təmsilçisini bazar günü öz meydançasında qəbul edəcək.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 29-cu həftəsində keçiriləcək görüşdə “Traxtur” Abadanın “Sənət-i Neft” komandası ilə qarşılaşacaq.

 

Görüş aprelin 22-i yerli vaxtla saat 18:00-da Təbrizin səhənd stadionunda baş tutacaq.

 

“Traxtur”-“Sənət-i Neft” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

Oyuna 3 gün qalmış Super Liqa Təşkilatı, İnzibati Komitənin hökmünə istinad edərək “Traxtur”-“Sənət-i Neft” oyununun tamaşaçısız keçiriləcəyini elan edib. Buna cavab olaraq “Traxtur” klubu rəsmiləri təşkilatın bu qərarına rəsmən etiraz bildirib.

 

Klub rəhbərliyi Super Liqa Təşkilatına məktub ünvanlayaraq bu həssas oyunda “Traxtur”a qarşı qoyulan qadağanın ləğv olunmasını tələb ediblər.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar