SON XƏBƏRLƏR

İranın Urmiya şəhərində daha 5 nəfər edam edilib

2021.10.20, 07:36
İranın Urmiya şəhərində daha 5 nəfər edam edilib

Gunaz.tv

GünAzTV: İranda qətldə günahlandırılaraq ölüm cəzasına məhkum edilmiş daha 5 nəfər edam edilib.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı məlumata əsasən, hər 5 müttəhim, aprelin 23-ü sübh saatlarında İranın Qərbi Azərbaycan əyalətində, Urmiya şəhərinin mərkəzi zindanında dara çəkilib. Edam edilənlərdən 4-ünün adları ( Tayyib Şeyx Nejad, Qadir Məhəmməd Həsən, İslam Rəşidpur və Sultan soyadlı başqa bir məhbus) mediaya açıqlanıb. Dara çəkilən 5-ci məhbusun kimliyi haqda hər hansı bir məlumat yayılmayıb.  

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar