SON XƏBƏRLƏR

İranın Kərəc şəhərində daha 2 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranın Kərəc şəhərində daha 2 nəfər dara çəkilib

Gunaz.tv

 GünAzTV: İranda qətldə günahlandırılaraq qisasa məhkum edilmiş daha 2 nəfər edam edilib.

 

İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, barələrində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq məqsədilə bir neçə gün əvvəl təkadamlıq kameralara köçürülən hər iki müttəhim, mayın 9-u sübh saatlarında Kərəcin Rəcayişəhr zindanında dara çəkilib. Edam edilənlərdən birinin adı (Rza Həmidi) mediaya bəlli olsa da, asılan digər şəxsin kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar