SON XƏBƏRLƏR

“Traxtur” klubunun hərraca çıxarılacağı vaxt bəlli olub

2021.10.20, 07:36
“Traxtur” klubunun hərraca çıxarılacağı vaxt bəlli olub

Gunaz.tv

GünAz TV: Son vaxtlar Təbrizin “Traxtur” futbol klubunun satışa çıxarılacağı ilə bağlı bir çox ziddiyyətli xəbərlər yayılıb, artıq klub rəhbərliyi tərəfindən verilən məlumat bütün şayiələrə son qoyub.

 

“Təsnim” xəbər agentliyi klub məsullarından birinə  istinadən Azərbaycan klubunun şənbə günü hərraca çıxarılacağını qeyd edib. Bildirilib ki, klubun hərraca çıxarılması ölkə üzrə ən çox tirajla nəşr olunan qəzetlərdə elan olunacaq.

 

Qərara əsasən, müştərilər mayın 15-i iş vaxtının sonunda qədər öz təklif paketlərini qeyd olunacaq adresə göndərməlidilər.

 

Böyük ehtimala görə, hərrac məsələsi gələn həftənin ortalarında öz həllini tapacaq və “Traxtur” klubunun yeni sahibi məlum olacaq.

 

Hələlik klubu almaq istəyənlərlə bağlı heç bir dəqiq məlumat yoxdur, kütləvi informasiya vasitələrində açıqlanan adların hamısı sadəcə ehtimal həddindədir.

 

Bütün klubların yeni mövsümə hazırlaşdığı bir dönəmdə “Traxtur” klubunda kimin mülkiyyəti olması ilə bağlı qeyri-müəyyənlik, Azərbaycan komandasına xüsusi zərbə  vurur. Bu baxımdan komanda tərəfdarları yaranan problemin ən qısa zamanda həll olunmasını tələb edirlər.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar