SON XƏBƏRLƏR

İranda divarlar üzərində rejimə və ölkə rəhbərliyinə qarşı şüarların yazılışına yenidən start verilib - FOTOLAR

2021.10.20, 07:36
İranda divarlar üzərində rejimə və ölkə rəhbərliyinə qarşı şüarların yazılışına yenidən start verilib - FOTOLAR

Gunaz.tv

GünAzTV: İranda divarlar üzərində rejimə, onun dini lideri axund Əli Xamneyiyə və “Sepah”a qarşı şüarların yazılışına yenidən start verilib.

 

Yayılan məlumatlara əsasən, son günlər, paytaxt Tehranda, Kirmanşah, Məşhəd, Rəşt, Şiraz və bir neçə digər şəhərdə, divarlar üzərində Xamneyiyə, “Sepah”a və ölkənin ağır iqtisadi durumuna qarşı etiraz xarakterli şüarlar yazılıb. Bildirilir ki, ölkənin indiki siyasi və iqtisadi vəziyyətindən narazı olab vətəndaşlar, müxtəlif şəhərlərdə divarlar üzərində “Xamneyiyə ölüm”, “Bu zalım və qəddar rejimin devrilməsinə qədər mübarizə davam edəcək”, “Sepah-a ölüm”, “Kütləvi tətillərə qoşulun” və “Dollar 8 min tümənə çatdı, necəsən iranlı qardaş” şüarları yazaraq, ölkəni uçuruma aparan hakimiyyət rəsmilərinə etirazlarını bildiriblər.

 

 

Xatırladaq ki, İran hakimiyyətinin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, 2017-ci il, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb və qısa bir zamanda kütləviləşərək, ölkənin 105 şəhərini bürüyüb.

 

İki həftədən çox davam edən kütləvi etirazlarda, ölkənin ağır və acınacaqlı iqtisadi durumuna, rejimin xarici siyasətinə, axund Xamneyiyə və prezident Həsən Ruhaniyə qarşı ölüm şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda onlarla vətəndaş polis və təhlükəsizlik qüvvələrinin odlu silahdan açdığı atəş nəticəsində həlak olub, bir neçəsi həbs edildikdən sonra işgəncələr altında öldürülüb, 1500-ə yaxın aksiyaçı tutularaq zindanlara salınıb.

 

 

 

 

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar