SON XƏBƏRLƏR

Marağalı yük maşını sürücüləri Məclis meydanına toplaşıb

2021.10.20, 07:36
Marağalı yük maşını sürücüləri Məclis meydanına toplaşıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın əksər şəhərlərində olduğu kimi, Marağa şəhərinin yük maşını sürücüləri də Məclis meydanına toplaşaraq etiraz aksiyası keçiriblər.

 

Bu barədə mayın 28-də “Fars” xəbər agentliyi məlumat yayıb.

 

“Marağalı yük maşını sahibləri məsullardan sığorta haqlarının artırılması, yük daşıma xidmətinin ucuz olması və maşının ehtiyat hissələrinin baha olması məsələlərinə baxılmasını tələb ediblər”- deyə yayılan məlumatda qeyd olunub.

 

Sürücülərin maşınları ilə birlikdə Məclis meydanına toplaşdığı bildirilir.

 

Etirazçılar son bir il ərzində maşının təkər və digər ehtiyat hissələrinin iki dəfə bahalaşdığını bildirərək maşının sığorta haqqının azaldılması və təqaüdə çıxan sürücülərin aylıq maaşının artırılmasını tələb ediblər.

 

“Yük maşını sahiblərinin yük daşıma şirkətləri ilə əməkdaşlığı bir qayda olaraq sürücülərin haqqının tapdalanması ilə nəticələnir və qazandığımız pul şirkət sahiblərinin cibinə gedir. Siğorta haqları və ehtiyat hissələrinin bugünkü qiyməti ilə çalışmaq, yük maşını sahiblərinə sərf etmir”- deyə aksiya iştirakçıları vurğulayıb.

 

Qeyd edək ki, yuxarıda qeyd etdiyimiz səbəblərdən dolayı  bir neçə gündür ki, Güney Azərbaycanın Təbriz, Ərdəbil, Həmədan, Qəzvin, Sulduz, Qoşaçay, Tikantəpə, Azərşəhr (Tufarqan), Məlikan (Məlik kəndi) və s. kimi şəhərlərində etiraz aksiyaları keçirilir, yük maşını sahibləri dövlət orqanlarından probemlərinin həll olunmasını tələb edirlər.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar