SON XƏBƏRLƏR

Rusiya rəsmisi: “İsrail və Rusiya, İran qüvvələrinin Suriyanın cənub-qərbindən çıxması barədə razılıq əldə ediblər”

2021.10.20, 07:36
Rusiya rəsmisi: “İsrail və Rusiya, İran qüvvələrinin Suriyanın cənub-qərbindən çıxması barədə razılıq əldə ediblər”

Gunaz.tv

GünAzTV: Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya iyunun 1-də jurnalistlərə açıqlamasında İran hərbi qüvvələrinin Suriyanın cənub-qərbindən çıxarılması barədə Moskva ilə Tel-Əviv arasında aparılan danışıqların nəticəsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

O bildirib ki, ölkəsinin məsələ ilə bağlı İsraillə razılığa gəldiyini təsdiqləsə də, bu razılaşmanın icrasına başlanılıb-başlanmadığı barədə hər hansı bir fikir söyləyə bilməz: “Bəli, Suriyanın cənub-qərbində qarşıdurmalara son qoyulması və İran qüvvələrinin bu məntəqədən çıxması barədə mediada yayılan xəbərləri mən də görmüşəm. Mənim bildiyimə görə belə bir razılıq əldə edilib. Lakin bu razılaşmanın icrasına başlandığını deyə bilmərəm. Təkcə onu deyə bilərəm ki, bu prosesə qatılan tərəflər, bu xüsusda aparılan danışıqların nəticəsindən razıdır”.

 

Vasili Nebenzya, Rusiya ilə İsrail arasında əldə olunan razılaşmanın təfərrüatını və onun icrasının mexanizmini açıqlamayıb.

 

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi

 

Xatırladaq ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi, mayın 21-də jurnalistlərə açıqlamasında Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyevin İranın Suriyadan çıxması ilə bağlı səsləndirdiyi son bəyanatına kəskin reaksiya vermişdi: “Heç kəs İranı istəmədiyi işə, Suriyadan şıxmağa məcbur edə bilməz. İran, bölgədə və dünyada özünün milli maraqları əsasında siyasətini təyin edən müstəqil bir ölkədir. İranın Suriyada hərbi mövcudluğu, rəsmi Dəməşqin dəvəti ilə gerçəkləşdirilib. Bizim əsas hədəfimiz, Suriyada terrorizmə qarşı mübarizə aparmaq, bu ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasıdır. Biz, lazım olan vaxta qədər və Suriya hökuməti bizdən yardım istədiyi qədər bu ölkədə qalacaq, regionda terrorizmə qarşı mübarizəmizi davam etdirəcəyik”.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar