SON XƏBƏRLƏR

İran hərbi təlimlərə başlayır

2021.10.20, 07:36
İran hərbi təlimlərə başlayır

Gunaz.tv

GünAz TV: İranın şimal-qərbində 50 min kvadrat kilometrlik (kilometr-i murəbbə) sahədə hava hücumundan müdafiə üçün taktiki manevr keçiriləcək.

Bunu İranın “Xatəmül Ənbiya” Hava Hücumundan Müdafiə Qərargahı komandanının (fərmandeh) müavini, general-pilot(xələban) Əlirza Səbahifərd bildirib. Onun sözlərinə görə, üç gün davam edəcək təlimlər İranın milli təhlükəsizliyinin müdafiəsi məqsədi daşıyır:

"Manevrdə əsasən əməliyyat və kəşfiyyat işləri icra ediləcək. Təlimlərin digər məqsədi hava hücumundan müdafiə vasitələrini mümkün təhdidlərə qarşı hazır vəziyyətə gətirməkdir". Bu barədə APA İran mətbuatına istinadən xəbər yayıb.

Bundan əlavə, İran Quru Qoşunları da ölkənin qərb bölgəsində hərbi manevr keçirəcək. İran Quru Qoşunlarının komandanı, general-mayor (sərləşkər) Əhmədrza Purdəstan bildirib ki, “Həzrəti İmam Mehdi” adı ilə iyulun (July) 9-da başlayacaq təlim bir həftə davam edəcək. Onun sözlərinə görə, bu il İranda 8 hərbi manevrin keçirilməsi qərara alınıb: “Artıq bu təlimlərdən üçü keçirilib”.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar