SON XƏBƏRLƏR

Azərbaycanlı fəal İbrahim Nuri Tehranda saxlanılıb / Məcid Nağızadə təhlükəsizlik qüvvələri tərəfindən təhdid edilib

2021.10.20, 07:36
Azərbaycanlı fəal İbrahim Nuri Tehranda saxlanılıb / Məcid Nağızadə təhlükəsizlik qüvvələri tərəfindən təhdid edilib

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri İranın təhlükəsizlik qüvvələri tərəfindən Tehranda saxlanılıb.

 

İyulun 2-də saxlanılan fəal naməlum istiqamətə aparılıb, onun harada saxlandığı barədə heç bir məlumat yoxdur.

 

İyunun 25-də Əhər Ədliyyə Şöbəsinin hökmləri icra edən bölümünün məmurları İ.Nurinin ata evinə müraciət edərək onu yaxalamaq istəmişdir, lakin fəal evdə olmadığı üçün bu mümkün olmamışdır. Bu hadisədən bir gün əvvəl isə təhlükəsizlik qüvvələri İbrahim Nuriyə Babək qalası yürüşünə qatılmaqla bağlı xəbərdarlıq edib. Onlar bildirib ki, o yürüşdə iştirak etməməlidir, əks halda yaxalanıb və saxlanılacaq.

 

Əhər sakini milli-mədəni fəal Məcid Nağızadə isə Babək qalası yürüşünə qatılmasın deyə təhlükəsizlik qüvvələri tərəfindən təhdid edilib.

 

Məcid Nağızadə

 

Əhər Polis İdarəsinin təhlükəsizlik bölümünün əməkdaşları M.Nağızadənin mağazasına gedərək ona bildiriblər ki, “iyulun 5-i və 6-da Əhərdən kənara çıxmamalıdır, əks halda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılacaq.”

 

Babək qalası yürüşünə bir neçə gün qalmış azərbaycanlı fəallara təzyiqlər artıb. İyulun 1-də Təbrizdə milli-mədəni fəal Rəhim Sasani də öz evindən çıxarkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılmışdır.

 

Məlum olduğu kimi, iyulun 5-i və 6-da Babək qalasında ənənəvi yürüş keçiriləcək. Yürüşün keçirilməsindən vahiməyə düşən İran rejimi önləyici tədbir kimi fəalları saxlayır.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar