SON XƏBƏRLƏR

Tramp: “İran iqtisadiyyatı çökür. Bir gün mənə zəng vurub deyəcəklər ki, gəlin danışıqlar aparıb bir razılığa gələk”

2021.10.20, 07:36
Tramp: “İran iqtisadiyyatı çökür. Bir gün mənə zəng vurub deyəcəklər ki, gəlin danışıqlar aparıb bir razılığa gələk”

Gunaz.tv

GünAzTV: İyulun 12-də Brüsseldə keçirilən NATO-ya üzv 29 ölkənin hökumət və dövlət başçılarının sammitinə qatılan ABŞ prezidenti Donald Tramp, jurnalistlərlə görüşündə  İranın region ölkələrinə və Amerikaya qarşı rəftarında dəyişikliklər edilməsindən və gündən-günə zəifləyən İran iqtisadiyyatından danışıb.

 

Tramp bildirib ki, İran artıq bir neçə ay əvvəlki İran deyil və islam respublikasının rəhbərləri nisbətən dəyişib, əvvəlki vaxtlarla müqayisədə, daha  yumşaq mövqedən çıxış edirlər:  “Hazırda onlar  əvvəlki vaxtlarla müqayisədə bizimlə daha hörmət və ehtiramla rəftar edirlər. İran artıq neçə ay əvvəlki İran deyil. Onların çoxlu çətinlikləri var, iqtisadiyyatları isə çökmək ərəfəsindədir. İran rəhbərləri indi nisbətən dəyişiblər və mən buradan sizə deyirəm, bir gün onlar mənə zəng vurub deyəcəklər ki, gəlin danışıqlar aparıb bir razılığa gələk. Bəli bu olacaq. Çünki bu gün onlar, üzləşdikləri çoxlu problem və çətinliklərdən əziyyət çəkilrlər”.

 

 

Xatırladaq ki, Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

Amerikanın bu sazişdən çıxmasının ardınca, Vaşinqtonun İrana qarşı sanksiyaları genişləndirilib. Nəticədə, son həftələr dünyanın onlarla beynəlxalq bank və şirkəti İranla əməkdaşlığını dayandırıb. Hazırda ölkə iqtisadiyyatının gündən-günə zəifləməsi, milli valyutanın dəyərdən düşməsi və qiymətlərin gündən-günə artması, ölkənin müxtəlif şəhərlərində kütləvi etirazlara gətirib çıxarıb.

 

 A.M

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar