SON XƏBƏRLƏR

Qəzvinli soydaşımız: Azərbaycan türkcəsi Qəzvin Əyalətinin qırmızı xəttidir – VİDEO

2021.10.20, 07:36
Qəzvinli soydaşımız: Azərbaycan türkcəsi Qəzvin Əyalətinin qırmızı xəttidir – VİDEO

Gunaz.tv

GünAz TV: Məktəblərdə türk dilinin tədris olunmasının qadağan olduğunu deyən İranın təhsil nazirinə qarşı etirazlar genişlənir.

 

Sosial şəbəkələrdə qəzvinli bir soydaşımızın yaydığı videoda Məhəmməd Bəthayinin irqçi açıqlaması kəskin şəkildə pislənilir.

 

“Fars dili sizin qırmızı xəttinizdir. Mən bir qəzvinli türk kimi elan edirəm ki, Azərbaycan türkcəsi isə Qəzvin Əyalətinin qırmızı xəttidir. Siz istədiyinizi edə bilərsiniz, lakin artıq bizim qəzvinli türklər arasında oyanış gedir”- deyə qəzvinli soydaşımız təhsil nazirinə cavab olaraq bildirib.

 

Video “Yaşasın ana dilim”, “Yaşasın türk dili”, “Yaşasın Azərbaycan” və “Yaşasın Turan” sözləri ilə sona çatır.

 

https://www.youtube.com/watch?time_continue=1&v=eIqDmptJ1Bs

 

Yuxarıdakı video sosial şəbəkələrdə azərbaycanlı intetnet istifadəçiləri tərəfindən alqışlanıb.

 

İyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırıb. Açıqlamadan qəzəblənən Azərbaycan türkləri nazirin irqçi yanaşmasına müxtəlif formalarda etiraz bildirirlər.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar