SON XƏBƏRLƏR

“Sepah”ın daha 1 əfqanlı muzdlusu Suriyada həlak olub

2021.10.20, 07:36
“Sepah”ın daha 1 əfqanlı muzdlusu Suriyada həlak olub

Gunaz.tv

GünAzTV: “Sepah”ın Suriyada həlak olmuş daha 1 əfqanlı muzdlusunun cənazəsi ölkəyə gətirilib.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərilmiş “Sepah”ın muzdlu Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının üzvü Seyid Rza Haşimi bir neçə gün əvvəl İsrailin Hələb şəhəri ətrafında bir hərbi bazaya raket hücumunda həlak olub. Cənazəsi ölkəyə gətirilmiş “Sepah”çı, iyulun 19-da  İranın Qum şəhərində torpağa tapşırılıb.

 

 

İran, Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar