SON XƏBƏRLƏR

Ərdəbilin millət vəkili: Təhsil naziri 15-ci maddəni icra edərək bütün əhalinin naziri olmalıdır

2021.10.20, 07:36
Ərdəbilin millət vəkili: Təhsil naziri 15-ci maddəni icra edərək bütün əhalinin naziri olmalıdır

Gunaz.tv

GünAz TV:  Ərdəbil şəhərinin daha bir millət vəkili İranın təhsil naziri Məhəmməd Bəthayinin məktəblərdə ana dillərinin tədrisinin qadağan olmasına dair çıxışına etiraz bildirib.

 

Məhəmməd Feyzinin məsələyə münasibəti Teleqram səhifəsində yaydığı məlumatda əks olunub.

 

“Yerli dillərdə dərs keçərək fars dilini öyrənmək nəinki təhlükəli deyil, hətta şagirdlərin öyrənmə qabliyyətini artırar. Mən bilmirəm təhsil naziri nəyə istinad edərək belə bir açıqlama verib, lakin onun açıqlamasının elmi əsası yoxdur”- deyə M.Feyzi qeyd edib.

 

Millət vəkili həmçinin təkidlə vurğulayıb ki, “təhsil naziri ölkə konstitusiyasının 15-ci maddəsini icra edərək bütün İran əhalisinin naziri olmalıdır.”

 

M.Feyzi Ərdəbil Əyalətinin 7 millət vəkilindən təhsil nazirinin irqçi açıqlamasına etiraz bildirən ikinci deputatdır. Bundan əvvək Meşginşəhrin (Xiyav) millət vəkili Vəli Məleki oxşar açıqlama ilə çıxış edərək nazirin ana dillərinə qarşı çıxışını pisləyib, məktəblərdə türk dilinin tədris olunmasını tələb etmişdir.

 

İyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli və qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırıb. Nazirin bu açıqlaması Azərbaycan türklərinin geniş etirazına səbəb olub.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar