SON XƏBƏRLƏR

“Aftab Yəzd” qəzeti təhsil nazirinə etiraz edən azərbaycanlıları bölücü adlandırdı

2021.10.20, 07:36
“Aftab Yəzd” qəzeti təhsil nazirinə etiraz edən azərbaycanlıları bölücü adlandırdı

Gunaz.tv

GünAz TV: “Aftab Yəzd” qəzeti qeyri-fars dillərinin tədris olunmasına qarşı çıxış edən İranın təhsil naziri Məhəmməd Bəthayiyə haqq qazandıraraq ona etiraz edənləri millətçi və bölücü adlandırıb.

 

Bu barədə qəzetin iyulun 16-da nəşr olunan sayında “Məktəblərdə təhsil yalnız fars dilində” başlığı ilə yazı dərc olunub.

 

Yazıda qeyd olunub ki, “Təhsil nazirinin sözləri millətçi və bölücü cərəyanların kəskin etirazına səbəb oldu. Nazir peyk telekanalları və internet mediasının da şiddətli hücumlarına məruz qaldı.”

 

Antitürk mövqeyi ilə seçilən qəzet əlavə edib ki, “təhsil nazirinin çıxışına görə azəri (panfarsistlər türk və Azərbaycan yerinə bu sözdən istifadə edir) bölgələrinin bir neçə millət vəkili də onu tənqid etdilər.”

 

“Aftab yəzd” qəzeti həmçinin iki gün əvvəl təhsil nazirinin sözlərini müdafiə edən Tehranın antitürk millət vəkili Mustafa Kəvakebyanın sözlərini yenidən dərc edib.

 

İyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli və qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırıb. Nazirin bu açıqlaması Azərbaycan türklərinin geniş etirazına səbəb olub.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar