SON XƏBƏRLƏR

Azərbaycanlılardan sonra bəluç millət vəkili təhsil nazirinin irqçi açıqlamasına etiraz bildirib

2021.10.20, 07:36
Azərbaycanlılardan sonra bəluç millət vəkili təhsil nazirinin irqçi açıqlamasına etiraz bildirib

Gunaz.tv

GünAz TV: Ötən günlərdə qeyri-fars dillərində dərs keçməyin qadağan olduğunu vurğulayan İranın təhsil naziri Məhmməd Bətahiyinin çıxışına qarşı etirazlıar davcam edir.

 

Azərbaycan əhalisi, bir sıra yerli məsullar və millət vəkillərindən sonra bu dəfə bəluç millət vəkili nazirin irqçi çıxışına qarşı etiraz bildirib.

 

Zaboli və Səravanın İran parlamentindəki millət vəkili Məhəmməd Basət Derazehi bu barədə parlamendə çıxışı zamanı danışıb.

 

“Təhsil naziri ilə keçirdiyimiz iclasda müxtəlif dillər, o cümlədən bəluç, kürd və türk dillərinin tədris olunması ilə bağlı nazirlik öhdəlik götürdü. Belə bir qərardan sonra nazirin fərqli açıqlama verməsi böyük təəccüb doğurur. Mən vurğulamalıyam ki, Bəluçistan əhalisi ana dilinə xüsusi əhəmiyyət verir, lakin bu barədə nigaranlıqlar mövcuddur”- deyə o bildirib.

 

Bəluç millət vəkili təhsil nazirinin ziddiyyətli mövqeyinin anlaşılmaz olduğunu xüsusi vurğulayıb.

 

İyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli və qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırıb. Nazirin bu açıqlaması Azərbaycan türklərinin geniş etirazına səbəb olub.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar