SON XƏBƏRLƏR

Güney Azərbaycan Milli Hərəkatının bayrağını yol kənarındakı divarlara çəkiblər – Qaradağda / GÖRÜNTÜ

2021.10.20, 07:36
Güney Azərbaycan Milli Hərəkatının bayrağını yol kənarındakı divarlara çəkiblər – Qaradağda / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəallar Güney Azərbaycan Milli Hərəkatının birgə mübarizə bayrağını bütün şəhər və kəndlərdə nümayiş etdirməyə çalışır.

 

Bu dəfə bayrağımızın Güney Azərbaycanın Qaradağ bölgəsində nümayiş etdirildiyi bildirilir. Məlumata görə, bayraq cümə günü, axşam saatlarında Mərənd-Vərziğan-Əhər yolunun kənarındakı divarlara çəkilib.

 

Bayrağın yol kənalarındakı divarlara çəkilməsi hər gün çox sayda sürücü və sərnişin tərəfindən görüldüyü üçün xüsusi əhəmiyyət kəsb edir.

 

Milli Hərəkatın birgə mübarizə bayrağı bundan əvvəl Güney Azərbaycanın müxtəlif şəhər və kəndlərində dəfələrlə nümayiş etdirilib.

 

Aşağıdakı Görüntülər avqustun 4-də Qaradağ bölgəsindən GünAz TV-yə göndərilib.

 

 

 

 

 

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar