SON XƏBƏRLƏR

İranda hüquq-mühafizə qüvvələrinin 1 əməkdaşı silahlı hücumda qətlə yetirilib

2021.10.20, 07:36
İranda hüquq-mühafizə qüvvələrinin 1 əməkdaşı silahlı hücumda qətlə yetirilib

Gunaz.tv

GünAzTV: İranda hüquq-mühafizə qüvvələrinin 1 əməkdaşı silahlı hücumda qətlə yetirilib. Bu barədə Kirmanşah əyalətinin Rəvansər şəhərinin fərmandarı Hüseyn Vismuradi avqustun 15-də jurnalistlərə açıqlama verib.

 

O bildirib ki, hadisə avqustun 14-ü axşaxm saatlarında Rəvansər şəhərində baş verib və naməlum silahlı şəxslər hüquq-mühafizə qüvvələrinin bir əməkdaşının evinə basqın edib: “Naməlum silahlı şəxslər bir polis əməkdaşının evinə basqın ediblər və onu evdən çıxardıqdan sonra küçədə odlu silahdan atəş açaraq qətlə yetiriblər. Hazırda məsələnin detalları araşdırılır”.

 

Hadisənin təfərratını və öldürülən şəxsin adını açıqlamayan Rəvansr fərmandarı bildirib ki, hücumçular polis əməkdaşını qətlə yetirdikdən sonra hadisə yerindən qaçıblar.

 

Rəvansər fərmandarı Hüseyn Vismuradi

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar