SON XƏBƏRLƏR

“Traxtur” klubu “Saypa”nı Təbrizdə qəbul edəcək

2021.10.20, 07:36
“Traxtur” klubu “Saypa”nı Təbrizdə qəbul edəcək

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası super liqa çərçivəsində növbəti görüşə hazırlaşır.

 

İran üzrə futbol klublarının 18-ci super liqa yarışlarının 4-cü həftəsində keçiriləcək görüşdə “Traxtur” Kərəcin “Saypa” komandası ilə qarşılaşacaq.

 

Görüş avqustun 17-i yerli vaxtla saat 19:45-də Təbrizin səhənd stadionunda baş tutacaq.

 

“Traxtur”-“Saypa” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

Bu arada şotlandiyalı 24 yaşlı futbolçu “Traxtur” klubu ilə müqavilə imzalayaraq rəsmən Azərbaycan komandasına qoşulub.

 

Şotlandiyanın “Kilmarnok” komandası oyunçusu Ley Harri Arvinin “Traxtur” klubu ilə 4 illik müqavilə imzaladığı bildirilir.

 

 

 

N.S

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar