SON XƏBƏRLƏR

“Traxtur”-“Saypa” görüşündə kədərli səhnələr – GÖRÜNTÜ / VİDEO

2021.10.20, 07:36
“Traxtur”-“Saypa” görüşündə kədərli səhnələr – GÖRÜNTÜ / VİDEO

Gunaz.tv

GünAz TV: Avqustun 17-də Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” və Tehranın “Saypa” komandaları arasında görüş keçirilib.

 

Super liqa yarışlarının 4-cü həftəsində keçirilən görüş 1:0 hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşıb. Həmçinin görüş zamanı 70 mindən çox “Traxtur” tərəfdarı milli şüarlar səsləndirib. Lakin bütün bunlara baxmayaraq bu görüşdə də hər zaman müşahidə olunan kədərli səhnələr qeydə alınıb.

 

İran rejimi qadınların idman yarışlarını yaxından izləməsini şəriətə zidd hesab etdiyi üçün onların stadiona buraxılmasına icazə vermir, bu cəhətdən hər görüş zamanı qadın hüquqlarının pozulmasına şahid oluruq.

 

“Traxtur”-“Saypa” görüşünə buraxılmayan qadın, azyaşlı qızı ilə birlikdə görüşü yüksək bir yerdən izləməyə məcbur olub. Onların meydançanı görmək imkanları olmayıb, lakin futbol tamaşaçıların reaksiyalarından oyunun gedişatını təxmin etməyə çalışıblar.

 

 

Cümə günü keçirilən görüşdə daha bir kədərli hadisəni əks etdirən video yayılıb.  Videoda stadiona buraxılmayan azyaşlı qızın bağlı qapılar arxasında göz yaşları tökdüyü görünür.

 

https://www.youtube.com/watch?v=yWjHEuikRGM

 

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar