SON XƏBƏRLƏR

Təbriz Universitetinin rəisi təmsil etdiyi universitetinin təsis edilmə tarixinin təhrifi ilə bağlı bu sözləri dedi

2021.10.20, 07:36
Təbriz Universitetinin rəisi təmsil etdiyi universitetinin təsis edilmə tarixinin təhrifi ilə bağlı bu sözləri dedi

Gunaz.tv

GünAz TV: Təbriz Universitetinin rəisi Məhəmmədrza Purməhəmmədi təmsil etdiyi universitetin təsis edilmə tarixinin təhrif edilməsi ilə bağlı bəyanat yayaraq məsələyə aydınlıq gətirməyə çalışıb.

 

Təbriz Universiteti ötən günlərdə avqustun 29-da universitetin 70-ci ildönümü mərasiminin keçiriləcəyini elan edib. Halbu ki, universitet 1946-cı il iyunun 12-də Azərbaycan Milli Hökumətinin başçısı Seyid Cəfər Pişəvəri tərəfindən rəsmən açılıb, ona görə də universitetin təsisinin 70-ci deyil, 72-ci ildönümüdür. İran rejimi bununla çalışır ki, universitetin Azərbaycan Milli Hökuməti tərəfindən deyil, Pəhləvi dövründə təsis edildiyini sübut etsin.

 

M.Purməhəmmədi universitetin təsis tarixi ilə əlaqədar avqustun 18-də bəyanat yayıb.

 

“Yol Press” yerli xəbər agenliyində yayılan bəyanatda universitet rəisi təsis tarixinin təhrif olunduğuna bir növ etiraf edib. O bildirib ki, “Keçiriləcək mərasimdə uuiversitetin təsis edilmə tarixi haqda danışacam. Lakin rəsmi sənədlərdə 1947-ci il (Hicri-şəmsi təqvimi ilə 1326-cı il) qeyd olunub.”

 

M.Purməhəmmədi bəyanatda antitürk mövqeyi ilə tanınan paniranist Cavad Təbatəbayinin “Məşrutiyyət fərmanının ildönümü” mərasiminə dəvət edilməsi ilə bağlı yayılan xəbərlərə də toxunub. “Cavad Təbatəbayi elmi məqalələrin təqdimi ilə bağlı mərasimə dəvət edilmişdir. Mən onu dəvət etməmişəm və buna əvvəldən qarşı idim”- deyə o bildirib.

 

Xatırladaq ki, avqustun 5-də Təbrizdə keçirilən “Məşrutiyyət fərmanının ildönümü” mərasiminə məşhur paniranist Cavad Təbatəbayi də dəvət edilmişdir, lakin onun çıxışı azərbaycanlıların geniş etirazı nəticəsində ləğv olunub.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar