SON XƏBƏRLƏR

Mərənddə Nazənin Zəhranın anası uşağının ona qaytarılmasını istəyir – VİDEO

2021.10.20, 07:36
Mərənddə Nazənin Zəhranın anası uşağının ona qaytarılmasını istəyir – VİDEO

Gunaz.tv

GünAz TV: Narkoman atası tərəfindən işgəncələrə məruz qalmış Nazənin Zəhranın anası uşağının ona qaytarılmasını istəyib.


Son günlərdə sosial şəbəkələrdə 3 yaşlı mərəndli qız uşağının narkoman atası tərəfindən dəhşətli şəkildə işgəncə edildiyini əks etdirən video yayılıb. Zalım ata övladını incidərkən çəkdiyi görüntüləri keçmiş həyat yoldaşına, yəni uşağın anasına göndərirmiş. O, tələblərini keçmiş həyat yoldaşına qəbul etdirmək üçün göndərdiyi mesajlarda uşağı daha çox incidəcəyini deyib.


Fotoşəkillər və videoların yayılmasından sonra polis qüvvələri uşağın işgəncəyə məruz qaldığı evi tapıb və Nazənin Zəhranı uşaq evinə yerləşdirib. Lakin uşağın “narkoman atası” qaçaq vəziyyətdədir.


Azərbaycanlı fəallar işgəncə görüntürlərinin geniş şəkildə yayılmasında əsas rol oynayıblar.


İranın dövlət agentliyi “İrna” bir yazı yayaraq baş verən hadisəni ort-basdır etməyə çalışdı, azyaşlının işgəncə səhnəsinin video və görüntülərini yayanları pantürkist və GünAz TV-yə bağlı qüvvələr adlandırdı.


Aşağıdakı videoda göründüyü kimi, azyaşlının anası göz yaşları tökərək uşağının ona qaytarılmasını istəyir.

 

https://www.youtube.com/watch?time_continue=34&v=KeaQEOE2-EI


 
 
N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar