SON XƏBƏRLƏR

İran silahlı qüvvələrinin baş qərargah rəisi Hörmüz boğazı ilə bağlı Amerikaya xəbərdarlıq edib

2021.10.20, 07:36
İran silahlı qüvvələrinin baş qərargah rəisi Hörmüz boğazı ilə bağlı Amerikaya xəbərdarlıq edib

Gunaz.tv

GünAzTV: Avqustun 29-da “Sepah”ın dəniz qüvvələri komandirlərinin Məşhəddə keçirilən toplantısına qatılan İran silahlı qüvvələrinin baş qərargah rəisi Məhəmməd Baqiri, İran neftinin ixracatına məhdudiyyət qoyulacağı təqdirdə Hörmüz boğazını bağlayacaqları ilə bağlı Amerikaya xəbərdarlıq edib.

 

Baqirinin Vaşinqtona xəbərdarlığı, ABŞ dövlət katibi Mayk Pompeonun Hörmüz boğazı ilə bağlı açıqlamasından iki gün sonraya təsadüf edib. Pompeo, avqustun 27-də “Twitter” səhifəsində yerləşdirdiyi bir yazıda Hörmüz boğazının İranın nəzarətində olmamasından danışıb: “Hörmüz boğazı beynəlxalq bir su yoludur və Amerika beynəlxalq sularda ticarət gəmilərinin sərbəst hərəkətini təmin etmək üçün öz tərəfdaşları ilə əməkdaşlığını davam etdirəcək”.

 

 

İran silahlı qüvvələrinin baş qərargah rəisi Məhəmməd Baqiri bildirib ki, əgər “düşmən ölkələr” beynəlxalq hüquqdan kənar hər hansı bir addım atsalar, “Sepah”ın dəniz qüvvələri ilə üz-üzə gəlməli olacaqlar: “Bİz düşmən təhdidlərinə heç vaxt laqeyd yanaşmır, onların bölgədəki srategiyalarını həmişə diqqət mərkəzində saxlayırıq. Düşmən ölkələr, Hörmüz boğazına girişdən əvvəl böyük qorxu və iztirab içində olurlar. Məhz həmin iztiraba görə də, onlar son bir ildə beynəlxalq hüquq çərçivəsində rəftar ediblər. Lakin əgər bu çərçivədən çıxıb başqa cür rəfar etsələr, “Sepah”ın dəniz qüvvələrini qarşılarında görəcəklər”.

 

A.M

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar