SON XƏBƏRLƏR

Tehran universitetinin panfarsist müəllimi: Fars dilindən Allah iyisi gəlir

2021.10.20, 07:36
Tehran universitetinin panfarsist müəllimi: Fars dilindən Allah iyisi gəlir

Gunaz.tv

GünAz TV: İrqçi panfarsizm məktəbini təbliğ edən universitet müəllimlərindən biri fars dilinin özəlliklərindən danışarkən ondan Allah iyisinin gəldiyini bildirib.

Tehran Universitetinin müəllimi İsmayıl Azər bu cəfəngiyatı sentyabrın 18-də “İrna” xəbər agentliyinin müxbiri ilə danışıqda dilə gətirib.

“Fars dilinin özəlliklərindən biri ondan Allah iyisinin gəlməsidir. Bu dil özü ilə pak insanların ətirini daşıyır”- deyə o bildirib.

Sözdə universitet müəllimi sözlərinin davamında bildirib ki, “dünyanın böyük şəxsiyyətləri fars ədəbiyyatının bütün dünyadan üstün olduğunu dilə gətiriblər. Hətta “Şahnamə”ni dünyanın ən möhtəşəm epikası kimi bütün milli epikalardan üstün hesab edirlər. Bu məsələnin böyük əhəmiyyətiu var.”

Bir çox mütəxəssisin zəif və qısır dil adlandırdığı fars dilinin bu qədər qabardılması şübhəsiz ki, İrandakı digər millətlərin dillərini kölgədə qoymaq və onların milli hissələrini öldürməyə yönəlib. İsmayıl Azər, Şəfii Kənkəni, Mahmud Əfşar Yəzdi, Cavad Təbatəbayi və s. fars dilini öydükləri qədər İrandakı digər dilləri aşağılayır və onlara nifrət bəsləyirlər. Bunun kökündə İranda qeyri-fars millətlərinin oyanışı, fars dilinin getdikcə zəifləməsi və digər dillərin güclənməsi prosesi dayanır.

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar