SON XƏBƏRLƏR

Təbrizdə quraşdırılan “fars” dili kitabının lövhəsi azərbaycanlı fəallar tərəfindən silindi: “Türk” dili kitabı…

2021.10.20, 07:36
Təbrizdə quraşdırılan “fars” dili kitabının lövhəsi azərbaycanlı fəallar tərəfindən silindi: “Türk” dili kitabı…

Gunaz.tv

GünAz TV: Ötən günlərdə Təbrizin “Fəhmidə” meydanında quraşdırılan “fars” dili kitabı azərbaycanlı fəalların kəskin etirazı ilə qarşılanıb.

 

Aşağıdakı şəkillərdə göründüyü kimi, fəallar sentyabrın 20-i axşam saatlarında lövhədə qeyd olunan “fars” sözünü silib, yerinə “türk” yazıblar. Onlar bununla fars dilində kitab və bu dildə təhsil almağı təbliğ edən Bələdiyyə İdarəsinə etiraz bildiriblər.

 

Lövhənin hər iki tərəfində milli şüarlar və ana dilində təhsillə bağlı sözlər də yazılıb.

 

Yeni dərs ili ərəfəsində ana dilində təhsil alması qadağan edilmiş bir şəhərdə fars dilinin təbliğ edilməsi yerli əhaliyə qarşı saymazlıq kimi qəbul olunur. Lövhədə fars dili kitabı ilə birlikdə qələm və qələm qəddiyyənin əks olunduğu görünür.

 

Lövhənin Təbrizin bələdiyyə başqanı İrəc Şəhin Baherin təşşəbbüsü ilə “Fəhmidə” meydanında quraşdırıldığı bildirilir. İ.Şəhin Baher antitürk mövqeyi ilə seçilən panfarsizm məktəbinin yetirmnələrindən biridir.

 

Fəallar bu hərəkətləri ilə fars şovimizminin təzyiqlərinə qarşı dirəniş göstərəcəklərini bir daha sübut edərək İran rejiminin irqçi siyasətini pisləyiblər.

 

Fars dili Azərbaycan türk millətinin seçimi deyil, bunu türklərin uzun illərdir apardığı mədəni mübarizə sübut edir. Bu dil şovinist rejim tərəfindən millətə sırınıb, azərbaycanlılar arasında isə İ.Şəhin Baher kimi bəzi manqurtlar bu prosesə yardım göstərir.

 

 

 

 

N.S

 

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar