SON XƏBƏRLƏR

Ərdəbildə təhsil müəssisələrinin açılışı günü türk dilində kitab paylanılıb – VİDEO / GÖRÜNTÜ

2021.10.20, 07:36
Ərdəbildə təhsil müəssisələrinin açılışı günü türk dilində kitab paylanılıb – VİDEO / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, sentyabrın 23-də (mehrin 1-i) İran və Güney Azərbaycanda yeni dərs ili başlayıb. Təhsil müəssisələrinin açılışı günü ərəfəsində Güney Azərbaycanda uşaqların təhmil olunmuş fars dilində təhsil almasına etirazlar artıb.

 

Məlumata görə, bazar günü Əsrdəbilin müxtəlif məntəqələrində, əsasən məktəblərin önündə Azərbaycan türkcəsində kitablar paylanılıb. Fəallar kitab paylamaqla yanaşı ətrafdakı soydaşlarımıza ana dilində təhsilin əhəmiyyəti və Azərbaycan türk millətinin milli kimliyi və ədəbiyyatına qarşı təzyiqləri şərh ediblər.

 

Son günlərdə ərdəbilli fəallar digər Azərbaycan şəhərləri kimi, kitab və vərəqələr paylamaq, həmçinin divarlara şüar yazmaqla ana dilində təhsil tələbi irəli sürüblər. Prosesin ötən illərdə olduğu kimi, yaxın günlərdə də davam edəcəyi gözlənilir.

 

Ölkə əhalisinin təxminən 40 faizini təşkil edən Azərbaycan türkləri İranda ən ibtidai hüquqlarından məhrumdur, onların ana dilində təhsil almasına imkan verilmi. İran rejiminin bu irqçi siyasəti uzun illərdir ki, geniş etirazlara səbəb olub, lakin bu zəmində hələlik heç bir nəticə əldə olunmayıb.

 

https://www.youtube.com/watch?time_continue=1&v=leJzR6FpDjs

 

 

 

 

 

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar