SON XƏBƏRLƏR

İranın Tonekabun şəhərində daha 1 nəfər edam edilib

2021.10.20, 07:36
İranın Tonekabun şəhərində daha 1 nəfər edam edilib

Gunaz.tv

GünAzTV: İranın Mazandaran əyalətində qəldə günahladırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.

 

İran mənbələrinin yaydığı xəbərə əsasən, üç il əvvəl məşuqəsinin yardımı ilə onun ərini qətlə yetirən 41 yaşlı müttəhim Məcid Pili, sentyabrın 25-i sübh saatlarında İranın Tonekabun şəhərinin Nəştarud zindanında dara çəkilib. Evli və 9 yaşlı bir uşaq atası olduğu bildirilən həmin şəxsin məhkəmə prosesi haqqında hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar