SON XƏBƏRLƏR

Şeyx Məhəmməd Xiyabanının məzarı təhqiramiz vəziyyətdədir - VİDEO

2021.10.20, 07:36
Şeyx Məhəmməd Xiyabanının məzarı təhqiramiz vəziyyətdədir - VİDEO

Gunaz.tv

GünAz TV: Bütün etirazlara baxmayaraq Məşrutə inqilabının böyük liderlərindən olan Şeyx Məhəmməd Xiyabaninin məzarı hələ də acınacaqlı vəziyyətdədir.

 

Ötən aylarda axund Məhəmmədrza Mirtacəddini bildirmişdir ki, Ş.M.Xiyabaninin məzarı “Şehr-i Rey”də Həsəni Əbduləzim Hərəmində yerləşən “Xomeyni Səbistanı”na intiqal edilib. O iddia etmişdir ki, Ş.M.Xiyabaninin məzarı Azərbaycan əhalisinin tələbi əsasında qeyd olunan yerə intiqal olunub, halbu ki, Azərbaycan türk milləti uzun illərdir məzarın Azərbaycana köçürülməsini istəyir.

 

İstənilən halda tarixi şəxsiyyətin məzarı hələ də təhqiramiz vəziyyətdədir və aşağıdakı videoda göründüyü kimi, yoldan keçənlərin ayağı altında qalıbdır.

 

https://www.youtube.com/watch?time_continue=1&v=pAihMrDfjxk

 

 

Məşrutə inqilabı liderlərinin “Şah Əbdüləzim”dəki məzarları dəfələrlə təxrib və aşağılandığı üçün ötən il Təbriz Şəhər Şurasının üzvü Qulamhüseyn Məsudi Reyhan, Şeyx Məhəmməd Xiyabani və Milli Sərdar Səttarxanın məzarının Azərbaycana köçürülməsini istəmişdir.

 

Şeyx Məhəmməd Xiyabanının qəbir daşı 2014-cü il iyun ayında naməlum şəxslər tərəfindən təxrib olunub, məzarın üstünə inşaat tullantıları atılmışdır. 2017-ci ildə isə inşaat layihəsinin icrası bəhanəsi ilə mərhumun qəbir daşının altı torpaqdan boşaldılmışdır. Oxşar vəziyyət Səttarxanın məzarı başında dəfələrlə müşahidə olunub.

 

N.S

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar