SON XƏBƏRLƏR

Güney Azərbaycan Milli Hərəkatının bayrağı İranın dövlət xəbər agentliyində... - GÖRÜNTÜ

2021.10.20, 07:36
Güney Azərbaycan Milli Hərəkatının bayrağı İranın dövlət xəbər agentliyində... - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: İran dövlətinin rəsmi xəbər agentliklərindən biri Güney Azərbaycan Milli Hərəkatının birgə mübarizə bayrağını dərc edib.

 

Bayraq İranın İdman və Gənclər Nazirliyinə bağlı olan “Borna” agentliyinin Xəzər dənizində İran gəmisinin heyət üzvlərinin Azərbaycan sərhədçiləri tərəfindən xilas edildiyi ilə bağlı yayılan xəbərində əks olunub.

 

Bayrağın xəbərin şəkil hissəsində dərc olunduğu görünür.

 

Təəccüb doğuran odur ki, görüntü “Flag_of_South_Azerbaijan” (Güney Azərbaycan bayrağı) adı ilə saxlanılıb.

 

İran saytlarında oxşar hadisələrə bundan əvvəl də rast gəlinib. Rəsmi xəbər agentlikləri yaydıqları xəbərlərdə  dəfələrlə Azərbaycan Respublikasının bayrağının yerinə Güney Azərbaycan Milli Hərəkatının bayrağından istifadə ediblər.

 

Azərbaycan sərhədçiləri ötən cümə günü Xəzər dənizində İran gəmisinin heyət üzvlərini xilas edib. Kütləvi zəhərlənmə baş verən “Nazmehr” gəmisinin heyət üzvlərindən 3-ü həkim briqadası gələnə qədər həlak olub, lakin 7 nəfər xilasedicilər tərəfindən xəstəxanaya çatdırılaraq ölümdən qurtarılıb.

 

 

N.S

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar