SON XƏBƏRLƏR

NATO-nun hərbi gəmiləri Gürcüstanda birgə təlimlər keçirəcək

2021.10.20, 07:36
NATO-nun hərbi gəmiləri Gürcüstanda birgə təlimlər keçirəcək

Gunaz.tv

GünAz TV: NATO-nun beş hərbi gəmisi Gürcüstanın Batumi limanına daxil olub.

 

"Report"un yaydığı məlumata görə, bu barədə Acarıstan Muxtar Respublikasının hökuməti məlumat yayıb.

 

Gəmi dəstəsinə Almaniyanın RHEIN flaqman gəmisi, Türkiyənin ERDEMLI istehkamçı gəmisi, Bolqarıstanın STIBAR gəmisi, Rumıniyanın Lieutenant Dimitrie Nicolescu mina gəmisi və İspaniyanın TURIA tram gəmisi daxildir.

 

Batumi limanında keçirilmiş təntənəli mərasimdə Gürcüstanın Sahil Mühafizəsi Departamentinin direktoru Temur Kvantaliani və Acarıstan hökumətinin üzvləri iştirak ediblər.

 

NATO gəmiləri Batumidə noyabrın 5-dək qalacaqlar. Onlar Gürcüstanın Sahil Mühafizəsi Departamentinin nümayəndələri ilə birgə təlimlər keçirəcəklər.

 

Təlimlərin məqsədi Gürcüstan, NATO və tərəfdaş ölkələrin dəniz hərbi qüvvələri arasında qarşılıqlı əlaqə və uyğunlaşmanın yüksəldilməsidir.

 

N.S

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar