SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Ulduz Qasimi 1 il həbs cəzasına məhkum edilib

2021.10.20, 07:36
Azərbaycanlı fəal Ulduz Qasimi 1 il həbs cəzasına məhkum edilib

Gunaz.tv

GünAz TV: Urmiyənin İnqilab Məhkəməsi azərbaycanlı milli-mədəni fəal Ulduz Qasimini 1 il həbs cəzasına məhkum edib.

 

Qiyabi olaraq çıxarılan həbs hökmü noyabrın 10-da, fəal Urmiyə İnqilab Məhkəməsinin 1-ci şöbəsinə müraciət etdiyi zaman şifahi olaraq açıqlanıb.

 

Məhkəmə hakim Səbirəli Çabok tərəfindən çıxarılan qərarı yazılı şəkildə elan etməkdən imtina edib.

 

Fəal Fərzad Əsədpurun anım mərasimində iştirak edib və çıxış etdiyinə görə “sistemin əleyhinə təbliğat aparmaq” və “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşma və sözləşmə”də ittiham olunub. Fərzad Əsədpur 2006-cı il may hadisələrində (1385-ci il xordad hadisələri) canını fəda etmiş azərbaycanlı şəhidlərdən biridir.

 

Bundan əvvəl təhlükəsizlik qüvvələri Qasimi ailəsinə bir neçə dəfə zəng edərək onları təhdid edib, Ulduz Qasiminin məhkəməyə müraciət etməsini tələb etmişdilər.

 

Ulduz Qasimi mayın 25-də daha bir neçə fəalla birlikdə  Sulduzda saxlanmışdır. Fəallar 2006-cı ildə Milli Qiyam zamanı canlarını fəda etmiş sulduzlu şəhidlərin məzarı başında mərasim keçirmək istəmişdir. Xanım fəal təcridxanada quru aclıq aksiyası keçirdikdən sonra son dəfə sentyabrın 4-də 500 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Ulduz Qasimi bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar