SON XƏBƏRLƏR

“Traxtur” komandası “Perspolis”lə qarşılaşacaq

2021.10.20, 07:36
“Traxtur” komandası “Perspolis”lə qarşılaşacaq

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası ən prinsipial görüşlərindən birinə hazırlaşır.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 13-cü həftəsində keçiriləcək görüşdə “Traxtur” Tehranın “Perspolis” komandası ilə qarşılaşacaq.

 

Görüş noyabrın 25-i Təbriz vaxtı ilə saat 15:00-da Tehranın Azadi stadionunda başlayacaq.

 

“Traxtur”-“Perspolis” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

“Traxtur”un Tehranın “Perspolis” və “İstiqlal” komandaları ilə görüşü hər zaman müxtəlif hadisələrlə yadda qalıb. Bunun əsas səbəbi Tehran komandaları tərəfdarlarının yarışlarda Azərbaycan türk milləti və “Traxtur”a qarşı alçaldığı hərəkətlərə yol vermələridir. Adı çəkilən komandaların dövlət tərəfindən xüsusi dəstəklənməsi də azərbaycanlılar arasında etirazlara səbəb olur və bu komandalara qarşı həssaslığı artırır. Bu cəhətdən “Traxtur”la “Perspolis”in görüşü olduqca prinsipial yarış hesab olunur və görüşdə çox sayda soydaşımızın tamaşaçı qismində iştirak edəcəyi gözlənilir.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar