SON XƏBƏRLƏR

Məhəmmədbağır Nobəxt: “Ölkənin gəliri üçdə birə enib”

2021.10.20, 07:36
Məhəmmədbağır Nobəxt: “Ölkənin gəliri üçdə birə enib”

Gunaz.tv

GünAzTV: İranın Büdcə və Proqramlaşdırma Təşkilatının rəisi Məhəmmədbağır Nobəxt, dekabrın 3-də Beynəlxalq Əlillər Günü münasibətilə fiziki qüsuru olanların nümayəndələri qarşısında çıxış edərək, ölkənin ağır iqtisadi durumundan danışıb.

 

Qarşıdan gələn yeni ildə (1398-ci il) əlillərə ayrılmış büdcənin azaldılmasının narazılıqlarla qarşılandığını vurğulayan Nobəxt, Amerikanın ölkəyə qarşı tətbiq etdiyi sanksialardan və İranın ixrac etdiyi neftin miqdarının minimuma düşməsindən danışıb: “Hazırda sanksiyalar nəticəsində ölkənin ümumi gəliri üçdə birə enib. Bu il ixrac etdiyimiz neftin miqdarı xeyli azalıb. Belə ki, əgər ötən il gündə 2 milyon yarım barel neft ixrac edirdiksə, bu rəqəm hazırda gündə 1 milyon barelə enib.

 

Bundan başqa, İran Silahlı Qüvvələrinin, eləcə də “Sepah”ın büdcəsi də ötən illə müqayisədə 10 faiz azalıb. Yeni ildə müxtəlif sahələrə ayrılan büdcənin azaldılması, təkcə əlillərin yox, həm də buğda əkənlərlərin, müəllimlərin və təqaüdçülərin də etirazına gətirib çıxarıb. Lakin bütün bu etirazlara baxmayaraq, mövcud reallığı qəbul etməliyik. Bu reallıq da ondan ibarətdir ki, bizim maddi imkanlarımız məhduddur”.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar