SON XƏBƏRLƏR

Amerika Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatları davam etdirir

2021.10.20, 07:36
Amerika Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatları davam etdirir

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının (ABŞ) rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyada İŞİD terror təşkilatına qarşı mübarizəyə yönəlmiş hərbi əməliyyatları davam etdirir.

 

"Report" xəbər verir ki, bu barədə koalisiyanın mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, dekabrın 16-dan 22-dək Fərat çayının orta hissəsindəki vadidə terrorçuların obyektlərinə aviazərbələr endirilib. Bir-biri ilə əlaqəndirilmiş hücumlar nəticəsində İŞİD-in maddi-texniki təchizat bazaları və əməliyyat meydanları məhv edilib.

 

Hava zərbələri İŞİD-in Susah və Əs-Safahdakı bir neçə maliyyə mərkəzinə yönəlib ki, bu da qruplaşmanın öz terror fəaliyyətini maliyyələşdirmək qabiliyyətini əhəmiyyətli dərəcədə zərbə vurub.

 

Koalisiya tərəfdaşları İŞİD-in regionda qalmış yeganə istinadgahı ilə irəliləməkdə davam edir.

 

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Suriyada İŞİD üzərində qələbə qazandıqlarını bəyan edib. Ardınca isə Amerika qoşunlarını ərəb ölkəsindən çıxarmağa başladığını elan edib.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar