SON XƏBƏRLƏR

Axund Sadıq Amoli Laricani Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi vəzifəsinə təyin edilib

2021.10.20, 07:36
Axund Sadıq Amoli Laricani Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi vəzifəsinə təyin edilib

Gunaz.tv

GünAzTV:  İran Məhkəmə Sisteminin sədri axund Sadıq Amoli Laricani, dini lider Əli Xamneyinin sərəncamı ilə Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi  vəzifəsinə təyin edilib.

 

Xamneyinin dekabrın 30-da imzaladığı sərəncamına əsasən, axund Laricani əvvəlki vəzifəsini saxlamaqla, həm də İran Konstitusiyaya Nəzarət Şurasının üzvü təyin edilib.

 

Xatırladaq ki, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun keçmiş rəisi axund Mahmud Haşimi Şahrudi uzun sürən xəstəlikdən sonra dekabrın 24-2 axşam saatlarında Tehran xəstəxanalarının birində vəfat edib. Xərçəng xəstəliyindən əziyyət çəkən 70 yaşlı aaxund, iki gün koma vəziyyətində qaldıqdan sonra keçinib.

 

 

Axund Mahmud Haşimi Şahrudi 

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar