SON XƏBƏRLƏR

“Taliban” öz nümayəndə heyətinin İrana etdiyi səfəri təsdiqləyib

2021.10.20, 07:36
“Taliban” öz nümayəndə heyətinin İrana etdiyi səfəri təsdiqləyib

Gunaz.tv

GünAz TV: “Taliban” terror qruplaşmasının sözçüsü Zəbihullah Mücahid bəyanat yayaraq, dünən (31 dekabr-red.) qruplaşmanın nümayəndə heyətinin İrana səfər etdiyi və burada bu ölkənin rəsmiləri ilə görüşdüyünü təsdiqləyib.

 

Sözçünün sözlərinə görə, nümayəndə heyəti Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün İrana göndərilib: “Taliban nümayəndələri hər zaman qonşu ölkələrə onların mənəvi və siyasi dəstəyini qazanmaq, eləcə də Əfqanıstan işğalına son vermək və burada sülhü təmin etmək üçün bu ölkələri əməkdaşlığa cəlb etməyə görə səfərlər edirlər.” -deyə Zəbihullah Mücahid əlavə edib.

 

Dünən İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin Əfqanıstana etdiyi rəsmi səfərdən sonra “Taliban” terror qruplaşmasının nümayəndə heyətinin Tehrana gəldiyi və burada İran Xarici İşlər nazirinin siyasi məsələlər üzrə müavini və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşdüyü barədə məlumat yaymışdı.

 

Xatırladaq ki, Amerika Birləşmiş Ştatları və Əfqanıstan təhlükəsizlik qüvvələrinin yüksək çinli rəsmiləri hər zaman rəsmi Tehranın Taliban terror qruplaşmasına maddi və hərbi yardım göstərdiyini vurğulayırlar.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar