SON XƏBƏRLƏR

Amerikanın ən nüfuzlu qadını yenidən Konqresin Nümayəndələr Palatasının spikeri seçilib

2021.10.20, 07:36
Amerikanın ən nüfuzlu qadını yenidən Konqresin Nümayəndələr Palatasının spikeri seçilib

Gunaz.tv

GünAz TV: Kaliforniya ştatından olan konqresmen və Demokratlar Partiyasının veteranı Nensi Pelosi yenidən Konqresin Nümayəndələr Palatasının spikeri seçilib. Bu vəzifə Birləşmiş Ştatlarda Prezident və vitse-prezidentdən sonra üçüncü post sayılır.

 

431 konqresmendən 220-si Pelosinin namizədliyini dəstəkləyib. Respublikaçılar Partiyasının namizədi Kevin Makkartni isə 192 səs alıb. Yeni spiker ötən ilin noyabrında keçirilmiş aralıq seçkiləri nəticəsində formalaşan və 235 demokrat və 199 respublikaçıdan ibarət Nümayəndələr Palatasına sədrlik edəcək.

 

Nensi Pelosi 2007-ci ildə də Konqresin Nümayəndələr Palatasının spikeri seçilib. O, Amerika Birləşmiş Ştatlarının tarixində bu vəzifəni daşıyan ilk qadın olub. Xezerxeber.az

 

N.S

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar