SON XƏBƏRLƏR

“İcazə verməməliyik ki, Qaradağ meşələri Urmu gölünün taleyinə düçar olsun” - Şərqi Azərbaycan valisi

2021.10.20, 07:36
“İcazə verməməliyik ki, Qaradağ meşələri Urmu gölünün taleyinə düçar olsun” - Şərqi Azərbaycan valisi

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan valisi Məhəmmədrza Purməhəmmədi təmsil etdiyi əyalətdə bağların qorunub saxlanması, meşə ağaclarının kəsilməsi və Urmu gölü böhranı ilə bağlı önəmli mesajlar verib.

 

O bu barədə Şərqi Azərbaycan Kənd Təsərrüfatı Təşkilatının məsulları və kənd təsərrüfatı sahəsində fəal olan şəxslərlə keçirdiyi görüşdə danışıb.

 

Vali Qaradağ məntəqəsində meşə ağaclarının kəsilməsinə işarə edərək bildirib ki, biz icazə verməməliyik ki, Qaradağ meşələri Urmu gölünün taleyinə düçar olsun.

 

Məhəmmədrza Purməhəmmədi ağacların kəsilməsinə qarşı səlahiyyətli orqanların işə müdaxiləsini cəmiyyətin bu məsələyə olan həssaslığından irəli gəldiyini də diqqətə çatdırıb.

 

Şərqi Azərbaycan valisi Urmu gölü böhranına da toxunub. O bildirib ki, gölün canlandırılması ilə bağlı layihələr barədə Urmu Gölünü Canlandırma Mərkəzində qərar verilir. Bu mərkəz Tehranın Sənaye Şərif Universitetində yerləşir, lakin hər şeyə cavabdeh bölgə əyalətləridir. Hesab eliyirəm ki, Urmu Gölünü Canlandırma Mərkəzi bölgədəki əyalətlərdən birində təşkil olunmalı və əsas qərarlar bu əyalətlərdə verilməlidir.

 

İclasda Şərqi Azərbaycan Kənd Təsərrüfatı Təşkilatının rəisi və təşkilatın tabeliyində olan qurumların məsulları, həmçinin  Kənd Təsərrüfatı və istehsal dərnəklərinin nümayəndələri, fəaliyyətləri sahəsindəki mövcud problemləri vali ilə birlikdə müzakirə ediblər.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar