SON XƏBƏRLƏR

İranın Babol şəhərində daha 1 nəfər edam edilib

2021.10.20, 07:36
İranın Babol şəhərində daha 1 nəfər edam edilib

Gunaz.tv

GünAzTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.

 

İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, 6 il əvvəl oğurluq məqsədilə qətl törədən 29 yaşlı müttəhim, yanvarın 16-sı sübh saatlarında Babol şəhərində dara çəkilib. Edam edilən şəxsin adı və onun hansı zindanda edam edildiyi mediaya açıqlanmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar