SON XƏBƏRLƏR

“Sepah” İran Sənaye Nazirliyinin bir neçə əməkdaşını həbs edib

2021.10.20, 07:36
“Sepah” İran Sənaye Nazirliyinin bir neçə əməkdaşını həbs edib

Gunaz.tv

GünAz TV: “Sepah”ın Kəşfiyyat İdarəsi məlumat yayaraq, yanvarın 21-də İran Sənaye, Mədən və Ticarət Nazirliyinin Lorestan şöbəsinin bir neçə əməkaşını həbs etdiyini bildirib.

 

Məlumatda həbs edilən şəxslərin iqtisadi fırıldaqçılıqla məşğul olan qruplaşmalarla əlaqələrinin olduğu bildirilir.

 

Qeyd edək ki, son dövrlər “Sepah”ın ölkə iqtisadiyyatının bir çox sahələrini monopoliyalaşdırması ilə bağlı məlumatlar var. Bu məlumatlarda qurumun onun ticari fəaliyyət sahələrinə daxil olan hər bir şəxsi “iqtisadi fırıldaqçılıq” bəhanəsi ilə həbs etdiyi deyilir.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar