SON XƏBƏRLƏR

“Traxtur” klubunda yeni təyinat

2021.10.20, 07:36
“Traxtur” klubunda yeni təyinat

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol klubunda yeni təyinat olub.

 

“Traxtur”la bağlı mətbuatda yayılan xəbərlərdə klubun yeni təyin olunmuş icraçı direktorunun kimliyinə aydınlıq gətirilib. Məlumata görə, Şərqi Azərbaycan Gənclər və İdman İdarəsinin keçmiş icraçı direktoru Əyyub Behtac Rəyasət Heyəti tərəfindən Azərbaycan klubunun icraçı direktoru təyin olunub.

 

Ə.Behtac bundan əvvəl Ərdəbil Əyaləti Gənclər və İdman Təşkilatının rəisi və Ərdəbilin “Zob Ahən” klubunun icraçı direktoru vəzifəsində çalışıb.

 

Bundan əlavə, “Traxtur”un yeni icraçı direktoru Olimpiya, Asiya və digər beynəlxalq yarışlarda ağırlıqqaldırma, Yunan-Roma və sərbəst güləşi üzrə baş məşqçi kimi iştirak edib.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar