SON XƏBƏRLƏR

Qərbi Azərbaycan: Bukanda saxta alkoqollu içkilərdən 11 nəfər zəhərlənib, onlardan 2-i ölüb

2021.10.20, 07:36
Qərbi Azərbaycan: Bukanda saxta alkoqollu içkilərdən 11 nəfər zəhərlənib, onlardan 2-i ölüb

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan Əyalətinin Bukan şəhərində saxta yolla hazırlanmış alkoqollu içkilər 11 nəfərin zəhərlənməsinə səbəb olub, onlardan 2-nin öldüyü bildirilir.

 

Bu barədə Qərbi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzinin rəisi Baqir Bəhrami “Mehr” xəbər agentliyinə danışıb.

“Bukanda 11 nəfər əldəqayırma yolla hazırlanmış saxta alkoqollu içkilərdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Onlardan 2-i ölüb, 4-ü isə durumları  ağır olduğu üçün Urmiyə xəstəxanasına intiqal edilib.”- deyə o bildirib.

 

Qərbi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzinin rəisi bildirib ki, saxta içkilər Bukan ətrafındakı şərəhciklərdə istifadə olunub, bu məsələ polis tərəfindən araşdırılır.

 

Oxşar hadisə ötən günlərdə Ərdəbil Əyalətinin Meşginşəhr və Şərqi Azərbaycan Əyalətinin Əhər şəhərində baş vermişdir. Meşkinşəhrdə saxta içkilərdən 3 nəfərin öldüyü və 57 nəfərin zəhərləndiyi, Əhərdə isə 1 nəfərin öldüyü və 100-dən çox insanın zərhərləndiyi bildirilmişdir.

İranda saxta alkoqollu içkilərin ölüm, kor olma və zəhərlənmələrə səbəb olması yeni xəbər deyil. Bu ölkədə 1979-cü ildən, islam inqilabı baş verəndən sonra alkoqollu içkilərin istehsalı, satışı və istehlakı qadağandır. Buna görə də evdə hazırlanmış və ya qanunsuz içkilər istehlak olunur.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar