SON XƏBƏRLƏR

“Traxtur” Məşhəd təmsilçisi ilə Təbrizdə qarşılaşacaq

2021.10.20, 07:36
“Traxtur” Məşhəd təmsilçisi ilə Təbrizdə qarşılaşacaq

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası cümə axşamı günü növbəti rəqibini qəbul edəcək.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 22-ci həftəsində keçiriləcək görüşdə “Traxtur” Məşhəd təmsilçisi “Pədidə” ilə qarşılaşacaq.

 

Görüş martın 14-ü yerli vaxtla saat 16:00-da Təbrizin səhənd stadionunda başlayacaq.

 

“Traxtur”-“Pədidə” oyununu GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

Qeyd edək ki, oyunun keçirilməsinə bir neçə gün qalmış “Traxtur” klubu bəyanat yayaraq tərəfdarlarını keçmiş oyunlarda olduğu kimi “Pədidə” ilə görüşdə də aktiv olmağa çağırıb. Super liqa yarışlarının son həftələrində baş tutacaq “Traxtur”-“Pədidə” görüşünün nəticəsi hər iki komanda üçün böyük əhəmiyyət kəsb edir.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar