SON XƏBƏRLƏR

“Traxtur” turnir cədvəlinin 1-ci pilləsinə yüksəldi - GÖRÜNTÜ

2021.10.20, 07:36
“Traxtur” turnir cədvəlinin 1-ci pilləsinə yüksəldi - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Təbrizin səhənd stadionunda yerli vaxtla saat 16:00-da başlayan görüş ev sahibi olan “Traxtur” komandasının xeyirinə yekunlaşıb.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 22-ci həftəsində “Traxtur” Məşhəd təmsilçisi “Pədidə” ilə qarşılaşıb, oyun 1:0 hesabı ilə Azərbaycan komandasının xeyirinə sona çatıb.

 

“Traxtur”a qələbə qazandıran qol Antoni Stokes tərəfindən oyunun 21-ci dəqiqəsində vurulub.

 

Görüşdə soyuq hava şəraitinə baxmayaraq 30 mindən çox “Traxtur” tərəfdarı tamaşaçı qismində iştirak edib.

 

Bu nəticədən qonra “Traxtur” 43 xalla müvəqqəti olaraq turnir cədvəlinin 1-ci, “Pədidə” isə 39 xalla 5-ci piləsində qərarlaşıb.

 

 

 

 

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar