Fərşad Mömini: İranda yoxsulların sayı üç il ərzində iki dəfə artıb
Suriya Əsəd rejiminin kimyəvi silahlarını məhv edir
İranda məktəb ləvazimatlarının qiyməti: Hər şagird üçün 15 milyon tüməndən çox xərc
Tramp: ABŞ-ın İran müharibəsi üçün demək olar ki, limitsiz sursatı var
Norveç Rusiya gəmisini müsadirə edib
Hakabi: İsrail-Livan münasibətləri "İran kuklası Hizbullah" yox olduqdan sonra yaxşılaşa bilər
Neftin qiyməti son bir ay yarımın ən yüksək səviyyəsinə çatıb
BMT-nin xüsusi məruzəçisi: İran xalqı xarici hücum və daxili repressiya arasında qalıb
Həmədanda qadın idmançılar zəhərlənib
Putin: “Münaqişənin sülh yolu ilə həlli üçün şanslar var”
Taliban etiraz etməyi qadağan etdi
ABŞ-ın zərbəsi nəticəsində İranın üç hərbi pilotu öldürülüb
Kiyevdən sülh danışıqlarında yeni mərhələ
İsrail müdafiə naziri: İranın hücumu Tehrana “Daş dövrünə” qayıtmaq bahasına başa gələcək
İranda narazı iş adamına ağır cəza verildi
Paşinyan: Əgər Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gəlsə, etiraz etməyəcəyik
Sarabda bir ailənin dörd üzvü dəm qazından zəhərlənərək öldü
Reuters: İran İsrailin Livanın cənubuna hücum etməməsi ilə bağlı ABŞ-a xəbərdarlıq edib
İranın çöküşü an məsələsidir
Avstraliya: İranın Hörmüz boğazında gəmiçiliyi məhdudlaşdırması qəbuledilməzdir
Rubio: Rusiyanın İrana yardımı ABŞ-ın hərəkət imkanlarına mane olmur — Fox News
Keyhan qəzeti: İran Ərəb körfəzində internet kabellərini kəsməlidir
İranda daha 6 məhbus edam edildi
Tramp: ABŞ ordusu sentyabrın 1-nə keçən gecə Hörmüz boğazında 28 gəmini məhv edib
KİV: ABŞ-ın İrana qarşı hərbi əməliyyatı 2027-ci ilə qədər uzana bilər
Lavrov: Ermənistanın Avropa Birliyinə daxil olmaq istəyi tezliklə yoxa çıxacaq
İranın hava hücumlarının qarşısı alınıb - Küveyt
Kərəcdə daha 5 bəhai həbs edildi
Milli fəal Əsgər Əkbərzadə müvəqqəti azadlığa buraxılıb
Rubio: İran terrorizmi maliyyələşdirmək və nüvə silahı əldə etmək üçün vəsait axtarır
Netanyahu: İsrail İrana qarşı işini hələ başa çatdırmayıb
Dollar 220 min tüməni keçdi; Besent: İrandan uzaq durun
5 min ABŞ hərbçisi Pattayaya axışdı (Video)
Səudiyyə supertankeri vuruldu; iki dənizçi həlak oldu
Tramp Hörmüz boğazının adının “Tramp boğazı” olaraq dəyişdirilməsini təklif etdi
İranlı hakerlərdən ABŞ-yə kütləvi kiberhücum
Səudiyyə Ərəbistanı İranı SIDR tankerinə hücumda ittiham edib
Ərdəbildə məhkəmə hakimi həbs edilib
Reuters: ABŞ ara seçkilərindən sonra İrana qarşı hücumları gücləndirə bilər
FT: Rusiya İrana supersonik qanadlı raket texnologiyasının hazırlanmasında gizli yardım göstərib
İranda məktəb ləvazimatı yenidən bahalaşdı
İranda daha bir siyasi məhbus edam məhkum edildi
Ərdəbildə zəlzələ olub
GünAz TV: Ali Məsləhət Şurası qurumun katibi Möhsün Rzayinin FATF layihələri ilə bağlı dediyi sözləri təkzib edib.
Möhsün Rzayi fevralın 17-də bildirib ki, FATF layihələrinin İran tərəfindən qəbulu “avropalıların qarşılıqlı addımlar atmaqla bağlı zəmanət verməsindən asılıdır”.
Yanvarın sonunda Avropanın 3 ölkəsinin xarici işlər naziri İranla Avropa Birliyi arasında maliyyə kanalının işə salınmasını elan ediblər. Onlar rəsmi Tehranla Birlik arasında ticari əlaqələrin davam etdirilməsi üçün FATF ilə əlaqəli layihələrin tezliklə İran tərəfindən qəbul edilməsini gözlədiklərini bildiriblər.
Möhsün Rzayi dünən etdiyi çıxışında əlavə edib ki, “İran Xarici İşlər Nazirliyi bu layihələrin Ali Məsləhət Şurası tərəfindən qəbul edilməsi üçün Avropadan qəti öhdəliklər və zəmanət almalıdır”.
Rzayinin bu sözləri mediada yayıldıqdan sonra Ali Məsləhət Şurasının ictimaiyyətlə əlaqələr şöbəsi bəyanat yayaraq, bildirib ki, “katibin sözləri naqis dərc edilib”.
“Möhsün Rzayi bildirib ki, bu layihələrin qəbul edilməsi təmsil etdiyi qurumun mütəxəssislərinin araşdırmalarından, eləcə də digər qurumların verdiyi rəylərdən asılıdır və qurum bəzi ölkələrin real olmayan heç bir açıqlama və vədlərinə əhəmiyyət verməyəcək”- deyə bəyanatda qeyd edilir.
Möhsün Rzayi dünənki çıxışında həmçinin Avropanı öz öhdəliklərinə “sadiq qalmamaq”da ittiham edib: “Avropa nüvə razılaşmasında İrandan neft alacağına, İran banklarının Birliyə daxil olan ölkələrdə şöbələrinin açılmasına və banklar arasında mübadilələrin aparılmasına icazə verəcəyi ilə bağlı öhdəlik götürsə də, bunların heç birinə əməl etməyib.”
Qeyd edək ki, “Maliyyə Tədbirləri üzrə İşçi Qrupu” (FATF) fevralın 22-də 1 həftəlik iclasının sonunda İrana qurumun qara siyahısına düşməməsi üçün iyun ayına qədər yenidən möhlət verib. Bu müddət ərzində İran qurumun irəli sürdüyü layihələri təsdiq etməsə, investisiya qoyuluşu və ticari əlaqələr qurmaq üçün yüksək riskli ölkələrin daxil olduğu qara siyahıya əlavə ediləcək. Bundan əvvəl də rəsmi Tehrana bu istiqamətdə 4 dəfə möhlət verilib.

Bununla belə, İranın terrorizmin maliyyələşdirilməsi ilə mübarizə və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə konvensiyalara qoşulması ilə bağlı hazırladığı layihələr hələ də Ali Məsləhət Şurasında təsdiq edilməyib.
İranın sabiq prezidenti Mahmud Əhmədinejad və hazırki hökumətin digər islahatçı siyasətçiləri bu xüsusda referendum keçirilməsi təklifini irəli sürüblər.
İmam cümələr və Ekspertlər Məclisi də daxil olmaqla, “dini lider” Əli Xamneyiyə yaxın dairələr bu layihələrin qəbul edilməsinə qarşı çıxırlar. Bu istiqamətdə İran Milli Məclisinin 75 mühafizəkar millət vəkili Ali Məsləhət Şurasının sədri Sadiq Laricaniyə FATF layihələrinin qəbul edilməməsi üçün məktub göndərərək, “Maliyyə Tədbirləri üzrə İşçi Qrupu”, yəni FATF-ı “məxfi və asılı qurum” adlandırıblar. Bu deputatların sözlərinə görə, “dövlət ötən 3 il ərzində bu Qrup tərəfindən irəli sürülmüş Milli Məclis tərəfindən qəbul edilməsinə ehtiyac olmayan şərtlərin əksəriyyətini həyata keçirib”.

“Ötən 3 il ərzində bu şərtlərin dövlət tərəfindən icra edilməsi özü- özünü sanksiyaya məruz qoymaq, eləcə də iqtisadiyyat və xalqın rifahına zərbə vurmaqla nəticələnib. Bu addımların davam etməsi ölkə iqtisadiyyatının daha da batmasına gətirib çıxaracaq”- deyə millət vəkillərinin məktubunda qeyd edilir.
Millət vəkillərinin dediklərinin əksinə olaraq, rəsmi statistikalara əsasən, nüvə razılaşmasının əldə edilməsindən sonra həyata keçirilən tədbirlər İran iqtisadiyyatında müəyyən müsbət dəyişiklər yaratmışdı.
Xatırladaq ki, Amerika Birləşmiş Ştatları 2018-ci ilin may ayında rəsmi Tehrana qarşı yenidən sanksiyaların qəbul ediləcəyi anonsunu verərək, İranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasından çıxdığını bəyan etmişdi. Bundan sonra İran milli valyutası öz dəyərini kəskin olaraq itirmiş, iqtisadiyyat böhran vəziyyətinə düşmüş və hətta bəzi vaxtlarda ölkə ərazisində bir çox qida məhsulu, həmçinin uşaq paltarı tapılmaz hala gəlmişdi. Hazırda ölkədə ən böyük problemlərdən biri ət qıtlığı və gündəlik tələbat mallarının kəskin bahalığıdır.
Hazırda İranın mövcud iqtisadi problemlərinin aradan qaldırması üçün yeganə yol Avropa Birliyi ilə iqtisadi əlaqələri davam etdirməsidir. Bunun baş tutması üçün isə rəsmi Tehran FATF layihələrini qəbul etməlidir.
Lakin buna baxmayaraq, hazırda layihələrin qəbul edilməsi üçün müzakirələr keçirilən qurumun, yəni Ali Məsləhət Şurasının üzvlərinin çıxışları İranda FATF konvensiyalarının qəbulunun reallaşmayacağından xəbər verir. Belə ki, martın 9-da Ali Məsləhət Şurasının üzvü Qulamrza Mesbahi Müqəddəm FATF layihələri ilə bağlı bildirib ki, “İran sanksiyalardan yayınmaq üçün formal şirkətlər qurmalıdır, amma bu layihələri qəbul etsək, bu cür şirkətlər qura bilməyəcəyik”.

İranda FATF konvensiyalarına qarşı çıxan rəsmilər bildirirlər ki, ölkənin bu layihələri qəbul etməsi “Həmas, Livan Hizbullahı və digər bu kimi qruplaşmalara maliyyə yardımı göstərməyinin qarşısını alacaq”. Konvensiyalara qoşulmağı dəstəkləyənlər isə bildirirlər ki, “bu layihələrə qarşı çıxanlar iqtisadi şəffaflığın bərqərar olması və bank-maliyyə sistemində mövcud olan korrupsiya hallarının qarşısının alınmasından qorxurlar”.
Ə.A
Tramp: ABŞ-ın İran müharibəsi üçün demək olar ki, limitsiz sursatı var
Kiyevdən sülh danışıqlarında yeni mərhələ
İranda narazı iş adamına ağır cəza verildi
Sarabda bir ailənin dörd üzvü dəm qazından zəhərlənərək öldü
Keyhan qəzeti: İran Ərəb körfəzində internet kabellərini kəsməlidir
Kərəcdə daha 5 bəhai həbs edildi
Milli fəal Əsgər Əkbərzadə müvəqqəti azadlığa buraxılıb
Reuters: ABŞ ara seçkilərindən sonra İrana qarşı hücumları gücləndirə bilər
İranda məktəb ləvazimatı yenidən bahalaşdı
İranda məhbuslar yenidən aclq aksiyası keçiriblər
İsrail HƏMAS-ın daxili təhlükəsizlik rəhbərinin Qəzzə şəhərində saxlanıldığını açıqlayıb
İlham Əliyev: Ermənistanın təqdim etdiyi xəritələr dəqiq deyil
İsrail Livanın cənubunda dron hücumundan sonra İranın dəstəklədiyi Hizbullaha zərbələr endirib
"JNS": ABŞ–İran danışıqları məsələsində Dohaya etibar etməyin
Azərbaycanlı siyasi məhbus xəstəxanaya köçürüldü
Tramp: İranla razılaşmanın “yazıldığı kağız qədər belə dəyəri yoxdur” – Fox News
Brent markalı neft 3,7 faizdən çox bahalaşaraq 94 dollara yaxınlaşıb
ABŞ Bəndər Abbasa və Hörmüz boğazı ətrafına zərbələr endirib - KİV
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq edib
İran hökuməti xalqa dəyər vermir- Mayk Uolts
“Urmiyanın qədim məhəllələri” adlı dəyərli kitab nəşr olunub
Azərbaycan və Türkiyə qadın voleybol milli komandaları üz-üzə gələcək
Kürdüstan əyalətinin yerli türk sakini olan bir ananın vali ilə söhbəti: Əyalətin bəzi hissələri tarixi türk və Azərbaycan əraziləridir - VİDEO
Bu, İran hökumətinə qarşı təzyiqin şiddətlənməsidir- Media
“Böyük Türk lüğəti” nəşr olunub — Həmədan türklərinin dili və mədəniyyətinə dəyərli töhfə
Təbrizdə məhbus edam edilib
Tramp: Hörmüz boğazı açıqdır, İranın cavabı “çox zəif” olub – Axios
"Traktor" yeni mövsümdə dördüncü qələbəsini qazandı
Tramp “Artıq mehriban cənab yoxdur” xəbərdarlığını yenidən paylaşdı
Pezeşkian: Dövlətin işığı kəsilsin, amma istehsal müəssisələrinin elektrik enerjisi yox
Məşhəddə ailə başçısı ailə üzvlərini öldürdü
İranda daxili repressiyalar və ölüm hökmləri güclənib
Tramp Ontario gölünün adını dəyişdi (VİDEO)
ABŞ sanksiyaları İranın Dubayla ticarətini sıxışdırsa da hələki tam kəsməyib — FT
Meta İranda fəaliyyət göstərən və özünü ABŞ-da yaşayan fəal və tələbə kimi göstərən saxta hesabları silib
Güney Azərbaycan şəhərlərində sel və subasma xəbərdarlığı
İranın vitse-prezidenti: Rəhbərin öldürüləcəyini bilsəydim, zənginləşdirməni dayandırardım
Hörmüzganda 20 min nəfər işsiz qalıb – əmək rəsmisi