SON XƏBƏRLƏR

Türkmən fizik azərbaycanlıların sel bölgəsinə yardımının davam etməsini istəyib – VİDEO

2021.10.20, 07:36
Türkmən fizik azərbaycanlıların sel bölgəsinə yardımının davam etməsini istəyib – VİDEO

Gunaz.tv

GünAz TV: Məşhur türkmən fizik Ümid Kokəbi azərbaycanlılardan təşəkkür edərək “Türkmən səhra” bölgəsində selə məruz qalan türkmənlərə yardımlarının davam etməsini istəyib.

 

Ümid Kokəbi təbii fəalakətdən əziyyət çəkənlərin əlinə çatması üçün yardımların kimə təhvil verilməsində diqqətli olmağa çağırıb.

 

https://www.youtube.com/watch?time_continue=5&v=LnY6hDIp7fM

 

Türkmən soydaşlarımızdan daha biri azərbaycanlılara öz təşəkkürünü bildirib. O türkmənlərə yardıma çağıran Asiya Powerlifting İdmanı üzrə yarışların çempionu, məşhur azərbaycanlı boksçu Kərim İsmayılzadəyə xitabən belə deyib: “Sən Asiya çempionu deyilsən, sən türk dünyası, dünya çempionusan. Yaşasın Azərbaycan, Yaşasın “Traxtur” komandası.”

 

https://www.youtube.com/watch?time_continue=7&v=W0jl45mRUSo

 

Son günlərdə Güney Azərbaycanın Təbriz, Urmiyə, Ərdəbil, Zəncan və s. şəhərlərindən çox sayda milli-mədəni fəal türkmən bacı və qardaşlarına yardım etmək məqsədi ilə sel bölgəsinə gediblər, azərbaycanlıların təbii fəlakətdən əziyyət çəkənlərə  yardımı davam edir.

 

https://www.youtube.com/watch?time_continue=9&v=qwPmluhjzu8

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar