SON XƏBƏRLƏR

Amerikanın Dövlət Departamenti İranda sel nəticəsində ölənlərin yaxınlarına baş sağlığı verib: “Həmişəki kimi kömək etməyə hazırıq”

2021.10.20, 07:36
Amerikanın Dövlət Departamenti İranda sel nəticəsində ölənlərin yaxınlarına baş sağlığı verib: “Həmişəki kimi kömək etməyə hazırıq”

Gunaz.tv

GünAz TV: Amerikan Birləşmiş Ştatlarının Dövlət Departamentinin “Twitter” sosial şəbəkəsində fars dilində fəaliyyət göstərən hesabı İranda sel nəticəsində ölənlərin yaxınlarına baş sağlığı verib və rəsmi Vaşinqtonun hər zamankı kimi İran xalqına kömək etməyə hazır olduğunu bəyan edib.

 

“Amerika Birləşmiş Ştatları dünyanın hər bir nöqtəsində bu cür təbii fəlakətlərdə insanlara kömək etməkdə seçilir və bu gün həmişə olduğu kimi, İran xalqına kömək etməyə hazır olduğunu bəyan edir”- deyə statusda qeyd edilib.

 

Qeyd etmək lazımdır ki, martın 25-də İranın bir çox bölgəsində baş verən sel və daşqın nəticəsində 17 nəfər Şirazda, 1 nəfər Kirmanşahda, 1 nəfər də Loristan əyalətində həyatını itirib. Şirazda ölənlərdən 6-sı kişi, 7-si qadın, 3-ü oğlan, 1-i isə qız uşağıdır.

 

Bundan əvvəl isə Gülüstan və Mazandaran vilayətlərində baş vermiş sel və daşqınlar nəticəsində bir neçə nəfər ölmüşdü.

 

Dünən Şirazda baş vermiş daşqınların səbəblərindən birinin “əlaqəli dövlət orqanların səhlənkarlığı” olduğu bildirilib. Şiraz prokurorluğu məsələ ilə bağlı cinayət işi açıldığını və ilkin araşdırmaların bu yolda dərinləşdirmə işlərinin aparılmadığını göstərdiyini bildirib.

 

Bir müddət öncə Amerika Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İranda mövcud olan iqtisadi, ekoloji və digər bu kimi böhranların əsas səbəbkarının korrupsiyalaşmış rejim olduğunu demişdi.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar