SON XƏBƏRLƏR

Qərbi Azərbaycandan “Türkmən səhra” sel bölgəsinə yardım göndərilib

2021.10.20, 07:36
Qərbi Azərbaycandan “Türkmən səhra” sel bölgəsinə yardım göndərilib

Gunaz.tv

GünAz TV: “Türkmən səhra” bölgəsində sel böhranı davam etdiyi bir vaxtda Güney Azərbaycan türkləri təbii fəlakət bölgəsinə əllərindən gələn yardımı göstərməyə çalışır.

 

Məlumata görə, Urmiyə əhalisindən toplanan əşya və qida məhsulları bir yük maşını ilə “Türkmən səhra”ya göndərilib.

 

Həmin yardımlar azərbaycanlı fəallar tərəfindən təşkil olunan yardım mərkəzlərində toplanılıb. Yardımlar “Türkmən səhra”da əhali tərəfindən göndərilən yardımlar mərkəzinə təhvil veriləcək.

 

“Türkmən səhra” bölgəsi selə məruz qaldıqdan sonra İran mətbuatı xəbəri bir neçə gün təxminən işıqlandırmayıb, dövlət isə məsələyə laqeyd münasibət sərgiləyərək vaxtı-vaxtında və yetəri qədər yardım göstərməyib. Bu vəziyyətə baxmayaraq Güney Azərbaycanda türkmən bacı və qardaşlarımıza yardım toplamaq məqsədi ilə çox sayda mərkəzlər yaradılıb. Mərkəzlərin bir neçəsi polisin hücumuna məruz qalaraq qapadılsa da, yenə də əhalidən küli miqdarda qida məhsulları və əşyalar toplanılıb. Müxtəlif şəhərlərdə toplanan yardımlar ardıcıl olaraq sel bölgəsinə göndərilir.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar