SON XƏBƏRLƏR

Ukraynada prezident seçkilərində Vladimir Zelenski liderdir

2021.10.20, 07:36
Ukraynada prezident seçkilərində Vladimir Zelenski liderdir

Gunaz.tv

GünAz TV: Ukraynada keçirilmiş prezident seçkilərində protokolların 40,21 faizi hesablanıb.

 

Ukraynanın Mərkəzi Seçki Komissiyasının rəsmi saytında bildirilir ki, son məlumata görə prezidentliyə namizəd Vladimir Zelenski qalibdir.

 

O, seçicilərin 30,23 faizinin səslərini toplayıb. V.Zelenskinin əsas rəqibi Petr Poroşenko isə hazırkı nəticələrə görə seçkilərdə 16,65 səs toplayıb.

 

Protokolların son nəticələrinə əsasən Yuliya Timoşenko siyahıda 13,14 səslə üçüncü yerdədir.

 

Qeyd edək ki, prezident seçkilərində keçirilən “exit poll”un nəticələri də Vladimir Zelenskinin qalib olduğunu göstərmişdi.

 

Ukraynada ötən gün prezident seçkiləri keçirilib.

 

N.S

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar