SON XƏBƏRLƏR

Brayan Huk 8 ölkədən 3-nün İrandan neft idxalını sıfıra endirdiyini deyib

2021.10.20, 07:36
Brayan Huk 8 ölkədən 3-nün İrandan neft idxalını sıfıra endirdiyini deyib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran üzrə İşçi Qrupunun rəhbəri Brayan Huk ABŞ-ın rəsmi Tehrana qarşı qəbul etdiyi neft sanksiyalarında istisna kimi nəzərdə tutulmuş 8 ölkədən 3-nün İrandan idxal etdikləri qara qızılın miqdarını sıfıra endirdiklərini bildirib.

 

2018-ci ilin noyabr ayında Amerika İrana qarşı sanksiyalar tətbiq edib. Bununla da İrandan neft almağa davam edən ölkələr Vaşinqtonun sanksiyalarına məruz qalacaqlar. Lakin Çin, Hindistan, Yunanıstan, Cənubi Koreya, Yaponiya, İtaliya, Tayvan və Türkiyə bu qərarda istisna ölkələr kimi nəzərdə tutulur. Belə ki, adları qeyd olunmuş 8 ölkə 6 ay müddətində İrandan neft idxalını tədricən azaldaraq sıfıra endirməlidir.

 

Brayan Huk əlavə edib ki, “biz neft qiymətinin bahalaşmasının qarşısını almaq üçün bu 8 ölkəni istisna hesab etmişdik, lakin bu gün əminliklə deyə bilərəm ki, onlardan 3-ü İrandan neft idxalını sıfıra endirib”.

 

Amerikalı diplomat neft idxalını sıfıra endirən ölkələrin adlarını açıqlamayıb. Onun sözlərinə görə, ABŞ istisna ölkələrə verilmiş 6 ay müddətin uzadılmasını düşünmür.

 

Digər tərəfdən, aprelin 2-də adının açıqlanmasını istəməyən ABŞ rəsmisi Tramp hökumətinin Amerikanın Qərblə İran arasında imzalanmış nüvə sazişindən çıxmasının ildönümündə İran iqtisadiyyatının müxtəlif sektorlarına qarşı yeni sanksiyaların tətbiq olunacağını bildirmişdi. Onun sözlərinə görə, bu sektorlar bu günə qədər sanksiyalara məruz qalmayıb.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar