SON XƏBƏRLƏR

İranın Gülüstan əyalətində daha bir məhkum edam edilib

2021.10.20, 07:36
İranın Gülüstan əyalətində daha bir məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilən daha 1 nəfər edam edilib. Ölüm hökmü 4 gün əvvəl icra edilsə də, bu barədə xəbər yenicə yayılıb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, dörd il əvvəl naməlum səbəb üzündən  baş vermiş bir davada qətl törətdiyinə görə edama məhkum edilmiş 36 yaşlı məhkum Davud Mohebzadə, aprelin 7-si sübh saatlarında İranın Qorqan şəhərinin zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar